Siyasi Nüfuzlu
Şəxslərin
Yoxlanması
Hesabatı

PEP Search Verification Report

Bizə Müraciət Edin

FinRight Sistemi Nədir və Hansı Hallar Təklif Edir?

FinRight axtarış sistemi, “TFT Solutions” MMC tərəfindən təqdim olunan və maliyyə bazarı iştirakçıları üçün nəzərdə tutulmuş etibarlı yoxlama platformasıdır.

1

Siyasi Nüfuzlu Şəxslərin Yoxlanış Hesabatı

2

Beynəlxalq Sanksiyalar Yoxlanış Hesabatı

3

Maliyyə Cinayətləri və Risklərin Təyin Edilməsi Hesabatı

Hansı kateqoriya
şirkətlər PEP Screening etməlidir?

file Kredit təşkilatları
heart Həyat sığortaları
home Daşınmaz əmlak alqı-satqısı və mediatorlar
stars Dəyərli daşların alqı satqısı

Cinayət Yolu ilə Əldə Edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarının istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Maliyyə tədbirləri üzrə işçi qrup FATF

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı qlobal maliyyə sistemini qorumaq üçün müvafiq siyasətin formalaşdırılması və yayılmasını təmin edən müstəqil hökumətlərarası qurum.

statistika

Yerli PEP-lər üçün əlavə tədbirlər:

  • Müştərinin və ya benefisiar mülkiyyətçinin siyasi xadim olub-olmamasını müəyyən etmək məqsədilə müvafiq risklərin idarəetmə sisteminə malik olmaq;
  • Müştərilərlə işgüzar münasibətlərin qurulması (mövcud müştərilərə münasibətdə, davam etdirilməsi) üçün yuxarı rəhbərliyin razılığını almaq;
  • Maddi sərvət və vəsaitlərin mənbəyinin müəyyən edilməsi üçün ağlabatan tədbirləri həyata keçirmək;
  • İşgüzar münasibətlərin gücləndirilmiş mütəmadi monitorinqinin həyata keçirilməsi

Siyasi nüfuzlu şəxslər (PEP) kimdir və kimlərə şamil edilir?

adam

Siyasi nüfuzlu şəxslər

Hər hansı dövlətdə (ərazidə) və ya beynəlxalq təşkilatda mühüm dövlət və ya ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər

adam

Yaxın münasibətdə olduğu şəxslər

Siyasi nüfuzlu şəxslə əlaqəli və ya onunla ortaq biznes və mülkiyyət münasibətində olan şəxslər

adam

Yaxın qohumları

Siyasi nüfuzlu şəxslərin valideynləri, babaları, nənələri, əri, arvadı, uşaqları, nəvələri, doğma və ögey qardaşları və bacıları, övladlığa götürənləri